Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 11:14

Azərbaycan 20 yanvar faciəsinin 25-ci ildönümünü anır


Foto arxiv
Foto arxiv

Yanvarın 20-də Azərbaycan Qara yanvar faciəsinin 25-ci ildönümünü anır.

Keçmiş Sovet rejimi 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Azərbaycanda milli-azadlıq hərəkatını boğmaq üçün Bakıya qoşun yeritdi.

Əməliyyat zamanı 130-dan çox adam öldürüldü, 700-dən çox adam yaralandı.

Hər il yanvarın 20-də Bakı və ölkənin bütün bölgələrində bu qanlı hadisələrdə ölənlərin xatirəsi anılır.

Səhər saatlarından başlayaraq ölkə rəsmiləri də daxil olmaqla Bakıdakı Şəhidlər Xiyabanına minlərlə insan axışır.

AzadlıqRadiosu-nun 20 Yanvar səhifəsində bu faciə ilə bağlı foto və videolar, xəritələr və canlı şahidlərin dediklərilə tanış ola bilərsiz.

XS
SM
MD
LG