Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 08:43

Qroznıda Peyğəmbərin karikaturlarının nəşrinə etiraz olaraq mitinq keçirilir


Qroznıda mitinq
Qroznıda mitinq

Qroznıda Məhəmməd Peyğəmbərin karikaturlarının nəşrinə etiraz olaraq mitinq keçirilir.

BBC-nin məlumatına görə aksiyada bir neçə min adam iştirak edir.

Çeçenistan rəhbəri Ramzan Kadyrov bundan əvvəl bildirmişdi ki, aksiyaya milyonadək adam çıxa bilər.

Mitinqə görə yanvarın 19-da Qroznıda qeyri-iş günüdür.

Həmçinin şənbə günü eyni məqsədlə qonşu İnquşetiyada 20 minlik etiraz mitinqi keçirilib.

Aksiyaçılar Fransanın Şarli Ebdu jurnalının Məhəmməd Peyğəmbərin karikaturlarını çap etməsinə etiraz bildiriblər.

Yanvadın 7-də Parisdə jurnalın redaksiyasına edilmiş silahlı hücumda 12 nəfər ölüb.

Bu gücuma görə cavabdehliyi Ərəb yarmadasındakı Əl Qaida qruplaşması üzərinə götürüb.

XS
SM
MD
LG