Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:15

AŞPA-da azərbaycanlı girovlar barədə məsələ qaldırılacaq


Səməd Seyidov
Səməd Seyidov

Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında separatçı Dağlıq Qarabağ rejiminin azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barəsində çıxardığı hökmlə bağlı məsələ qaldırılacaq.

Bunu APA-ya açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

O qeyd edib ki, üzv ölkələrin separatçı rejimin beynəlxalq aləmin gözü qarşısında oynadığı bu məhkəmə şousu və çıxardığı hökmə ciddi reaksiya verməəsi tələb olunacaq.

Qeyd edək ki, dekabrın 19-da keçirilən prosesdə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il azadlıqdan məhrum edib.

Onlar ötən ilin iyulunda Gəlbəcərdə doğmalarının məzarlarını ziyarət edərkən erməni qüvvələri tərəfindən əsir götürülüblər.

XS
SM
MD
LG