Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:42

Hövsanda etiraz aksiyası keçirilib


Hövsanda məktəb direktoruna etiraz olaraq aksiya keçirilib.

APA-nın məlumatına görə, kənd sakinləri direktor Qardaşxan Səlimovu məktəbi düzgün idarə etməməkdə, dərsə vaxtında gəlməməkdə və şagirdlərlə təhqiramiz danmaqda günahlandırırlar.

Aksiyada 60-a yaxın adam iştirak edib.

Əraziyə polis göndərilib.

APA-nın məlumatına görə, aksiya zamanı 22 yaşlı Elmar Əliyev qıcolmadan hadisə yerində keçinib.

Hazırda araşdırma gedir.

Həmçinin Bakı şəhər Təhsil İdarəsinin əməkdaşları hadisə yerinə gediblər.

XS
SM
MD
LG