Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:05

"İranın nüvə razılaşması üçün siyasi iradə var"


-

İranın nüvə danışıqlarında Rusiyanın təmsilçisi deyir ki, tərəflərin razılaşma əldə etməsi üçün siyasi iradəsi var. Dünyanın altı ölkəsi İranın nüvə proqramının məhdudlaşdırılmasına dair danışıqlar aparır. Bunun üçün əvvəlcə sanksiyalar yumşaldılmalıdır.

Rusiya xarici işlər nazirinin müavini Sergei Ryabkov yanvarın 19-da danışıb. Bir gün öncə Cenevrədə İran və 6 dövlət arasında nüvə danışıqlarında "məhdud" irəliləyiş olduğu bildirilib. Danışıqlar İranla P5+1 qrupu (Britaniya, Çin, Fransa, Rusiya, Birləşmiş Ştatlar üstəgəl Almaniya) arasında aparılır.

Bir Qərb diplomatı Reuters-ə deyib ki, Cenevrə danışıqlarında "məhdud" irəliləyiş olub. Onun sözlərinə görə, ekspertlər yanvarın 19-da görüşəcəklər və "hər kəs cəhdlərin artırılmasını istəyir".

Tərəflər martadək siyasi saziş, iyunun 30-dək detallı saziş əldə etmək niyyətindədirlər. Öncə iki dəfə son tarix qoyulsa da, razılıq əldə olunmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG