Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:47

Boko Haram Kamerundan azı 50 nəfəri oğurlayıb


Nigeriyanın şimal-şərqində bir kənd Boko Haramın hücumundan sonra

Nigeriyanın şimal-şərqində bir kənd Boko Haramın hücumundan sonra

-

Boko Haram ekstremist qrupunun yaraqlıları Kameruna hücum təşkil edərək azı 50 nəfəri oğurlayıb.

Kamerunun ordu və hökumət rəsmiləri bildirir ki, yaraqlılar yanvarın 18-də ölkənin şimalında iki kəndə hücum edib, 3 nəfəri öldürüb və əsasən qadınları və uşaqları girov götürüb.

Bu hücumlardan bir gün əvvəl Çad elan edib ki, Boko Haramla mübarizə üçün Kameruna qoşunlar göndərəcək. Bu ekstremist qrup al-Qaeda ilə bağlıdır, Nigeriyada minlərlə adamın ölümündə ittiham olunur, 1 milyon çox insanı isə evindən didərgin salıb.

Boko Haram ötən ildən Kameruna hücumlar təşkil etməyə başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG