Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:15

Ukrayna prezidenti Petro Poroshenko Rusiya prezidentinin ötən həftə təklif etdiyi sülh planını rədd edib.

Bu barədə mətbuat üçün açıqlamanı Vladimir Putinin sözçüsü Dmitry Peskov verib.

Peskov deyib ki, Putinin ötən cümə axşamı məktubla göndərdiyi təkliflərə görə cənub-şərqi Ukraynada hökumət qoşunları və yaraqlılar arasında atəşkəs elan edilməli, ağır artilleriya təmas xəttindən geri çəkilməli idi.

Putinin məktubunun tam mətni Rusiyanın NTV telekanalının internet saytında dərc olunub.

Bu arada Ukrayna qoşunları son həftələrdə itirilmiş Donetsk hava limanını qiyamçılardan geri ala biliblər.

Ukrayna hərbçiləri son əməliyyatlar nəticəsində separatçıların istehkamı olan Donetsk şəhərinə yaxınlaşıblar.

Ukrayna prezidentiPetro Poroshenko bazar günü Kiyevdə keçirilən dinc yürüşün iştirakçıları qarşısında etdiyi çıxışında deyib ki, Ukrayna bir qarış torpağından da keçməyəcək.

“Biz Donbası geri alacağıq” – deyib prezident.

Günün bütün mövzuları

XS
SM
MD
LG