Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:45

Rusiya prezidenti Vladimir Putin ermənistanlı həmkarı S.Sarkisiana zəng edərək Gümridəki qanlı hadisəylə bağlı həm ona, həm də erməni xalqına bir daha başsağlığı verib.

Bu barədə Putinin mətbuat katibi Dmitry Peskov məlumat verib.

Putin bildirib ki, qısa müddətdə lazım olan bütün tədbirlər görüləcək ki, günahkarlar cəzasını alsın.

Ermənistanın şimalındakı Gümri şəhərində yerləşən 102 saylı rus hərbi bazasının əsgəri Valery Permyakov 6 nəfərlik erməni ailəsini qətlə yetirib.

Ermənistanda bununla bağlı etiraz aksiyaları keçirilib və etirazçılar hazırda hərbi bazada saxlanan Permyakovun Ermənistan hüquq-mühafizə orqanlarına verilməsini tələb ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG