Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:55

İran qəzeti Clooney-nin “Charlie Hebdo”ya dəstəyini xəbərlədiyi üçün bağlandı


İranda gündəlik Mərdome-Emruz qəzeti “Charlie Hebdo”ya dəstək bildirən nişan taxmış aktyor George Clooney-nin fotosunu dərc etdiyinə görə qadağan edilib.

Clooney “Mən Şarliyəm” nişanını Golden Globes mərasimində taxmışdı.

Qəzetin baş redaktoru Mohammad Ghoochani Təsnim agentliyinə qəzetin bağlanması faktını təsdiq edib.

Qəzetin özü “Charlie Hebdo”ya dəstək bildirməsə də hakim bu fotonun dərcini təhqiramiz hesab edib.

İran hökuməti Fransada satirik jurnalın redaksiyasına qanlı basqını pisləsə də, jurnalın “təxribatçı” karikaturalarını İslama təqhir adlandırıb.

XS
SM
MD
LG