Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:54

-

Vəkili, Ermənistanın Gümri şəhərində qətliam törətmiş rus əsgərini müdafiə etməkdən imtina eləyib.

Vəkil Tamara Yayloyanı əsgər Permyakova ictimai müdafiəçi olaraq Ermənistan Vəkillər Palatası təyin etmişdi.

Yayloyan deyib ki, bu, "emosional qərardır":

"O, süngü ilə iki uşağı necə öldürdüyünü danışanda mən otağı tərk etdim, dözə bilmədim. Bəlkə də bu, peşəkar hərəkət deyil, amma bunu etdim".

Rus bazasının yerləşdiyi Gümri şəhərində baş vermiş dəhşətli cinayət zamanı Avetisyanlar ailəsinin 6 üzvü, o cümlədən uşaqlar öldürülüb. Daha bir körpə uşağın isə vəziyyəti ağır olaraq qalır.

Rusiya öz vətəndaşını mühakimə olunması üçün Ermənistana verməyəcəyini deyir.

Buna etiraz olaraq Gümridəki rus hərbi bazasının önündə aksiya keçirilmiş, aksiya iğtişaşla nəticələnmişdi.

Gümri - qətlə yetirilən ailənin dəfni

Gümri - qətlə yetirilən ailənin dəfni

Ermənistanın İstintaq Komitəsindən Azadlıq Radiosunun Erməni xidmətinə bildirilib ki, Gümrüdəki etiraz aksiyası ilə bağlı bir sıra şəxslər barəsində xuliqanlıq və hakimiyyət nümayəndələrinə zorakılıq ittihamı ilə cinayət işləri açılıb.

Gümrüdə aksiya yanvarın 15-də keçirilmişdi.

Avetisyanların qohumları aksiyada iştirak etməsələr də, əsgərin erməni tərəfinə verilməsi tələbini dəstəkləyirlər. Onlar hadisənin səbəblərini də bilmək istəyirlər.

Hazırda Gümridə vəziyyət sabitləşib. Amma şəhərə çoxlu sayda polis qüvvələri gətirilib. Polis əməkdaşları hərbi baza, rus konsulluğu və hərbi şəhərcik ətrafında keşik çəkir.

Bu arada Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyanın istefası üçün imza toplanır.

Onun qətliamla bağlı fikrini bildirməməsi, əsgəri Ermənistana verməkdən imtina edən Rusiya hökumətini tənqid etməməsi əsas gətirilir.

Hazırlanmış müraciətdə başqa səbəblər də göstərilir. Abramyan Rusiyadakı ermənilərin problemlərinin həllinə yetərincə diqqət yetirməməkdə, erməni gənclərin doğma dili unutmaması, öz mədəniyyətindən uzaq düşməməsi üçün tədbirlər görməməkdə suçlanır.

Müraciətə imza atanlar Abramyanın müavini Levon Mukanyanı da istefa verməyə çağırırlar.

Mukanyan sosial şəbəkədəki postunda Gümüridə rus bazası önündə etiraz aksiyası keçirənləri "bəzi qüvvələrin əlində oyuncaq olmaqda" ittiham etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG