Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:16

Fransada Azərbaycan Mədəniyyəti Günləri başlandı


Fransanın Savua regionunun Mejev şəhərində Azərbaycan mədəniyyət günlərinin təntənəli açılışı olub.

Şəhər meri Kristin Jülyən-Breş Xəzər dənizinin sahilində yerləşən Azərbaycanın qədim sivilizasiya məkanı kimi artıq dünyada tanındığını deyib.

Mejev meriyasının rəsmiləri, şəhərin qonaqları əvvəlcə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığını əks etdirən eksponatların nümayiş etdirildiyi, eləcə də Qusar rayonunun təbiəti, bu rayondan olan rəssam, Azərbaycan və SSRİ Rəssamlar İttifaqının üzvü Əliyar Əlimirzəyevin rəsm əsərlərindən ibarət və “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” sərgilərində təqdim edilən eksponatlarla yaxından tanış olublar.

Sərgi yanvarın sonunadək davam edəcək.

azertag.az

XS
SM
MD
LG