Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:06

Nigerdə Fransa Mədəniyyət Mərkəzinə və kilsələrə hücum olub, ölənlər var


Etirazçılardan biri əlində Quran tutub, Niger
Etirazçılardan biri əlində Quran tutub, Niger

Nigerin ikinci böyük şəhəri olan Zinder-də Fransa Mədəniyyət Mərkəzinə və 3 kilsəyə hücum olub.

Etirazçılar Fransanın "Charlie Hebdo" dərgisində Məhəmməd peyğəmbərin karikaturalarının çapına etiraz ediblər.

Mərkəzin qapısı sındırılıb, kitabxanası yandırılıb.

Azı 5 nəfər, o cümlədən kilsədə olan 4 dinc vətəndaş və bir polis əməkdaşının öldürüldüyü deyilir.

Kilsələr qarət edilib.​

XS
SM
MD
LG