Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:08

Obama imkanlı amerikalılardan toplanan vergini artırmaq niyyətindədir


Barack Obama

Barack Obama

ABŞ prezidenti Barack Obama imkanlı amerikalılardan toplanan verginin həcmini artırmaq niyyətindədir.

O, bu təklifi yanvarın 20-də Konqresə ünvanlayacağı ənənəvi "Ölkədəki vəziyyət haqda" müraciətində səsləndirəcək.

İnformasiya agentlikləri Ağ evdəki mənbələrə istinadla xəbər verirlər ki, Obama illik gəliri 500 min dollardan yüksək olan ailələrdən alınan vergini 28 faizə qaldırmağı təklif edəcək.

Prezidentin yeni təklifləri arasında kibertəhlükəsizliyin gücləndirilməsi, bəzi kateqoriyadan olan tələbələrin kollec haqqından azad edilməsi və s. də var.

Günün bütün mövzuları

XS
SM
MD
LG