Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:50

Rusiyanın bank sistemini təlatüm gözləyir


2014-cü ildə Rusiyadan təmiz kapital axınının həcmi bütün proqnozları geridə qoyaraq 151, 5 milyard dollar təşkil edib.

Bu, 2013-cü ildə olduğundan 2, 5 dəfə çoxdur. O vaxt ölkədən kapital axını 61 milyard dollar olmuşdu.

Xəbər verilir ki, hətta böhranlı 2008-ci ildə kapital axını 133, 6 milyard dollar təşkil etmişdi.

2014-cü ilin noyabrında Rusiya Mərkəzi Bankı ölkədən çıxan kapitalın 128 milyard dollar olacağını proqnozlaşdırmışdı. Bu rəqəmə öz çıxışlarında Vladimir Putin də istinad edirdi.

Bu da qeyd olunur ki, kapital axınının böyük hissəsi 2014-cü ilin son üç ayına təsadüf edib.

Rusiya Mərkəzi Bankının məlumatlarında qeyd olunur ki, kapital axınına əsas səbəb depozitlərin dollarlaşması, əhalinin xarici valyuta alması olub.

Vəziyyəti həmçinin sanksiyalarla bağlı Rusiya özəl şirkətlərinin öz xarici borclarını təkrar strukturlaşdırmasını əngəlləyən məhuddiyyətlər çətinləşdirib.

Bu həftə Moskvada keçirilmiş Gaydar forumunda ekspertlər belə bir fikir ifadə ediblər ki, Rusiyanın bank sistemini təlatüm gözləyir.

XS
SM
MD
LG