Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:01

Yəmən prezidentinin administrasiya başçısını şiə yaraqlılar oğurlayıb


Yəmən prezidenti administrasiyasının başçısı Ahmed Awad bin Mubarak-ın şiə qiyamçılar olduqları güman edilən yaraqlılar tərəfindən oğurlandığı xəbər verilib.

Ahmed Awad bin Mubarak oktyabr ayında ona təklif edilmiş baş nazir postuindan imtina etmişdi.

Yəməndə rəsmilərin jurnalistlərlə danışması qadağan olunduğundan adlarının çəkilməsini istəməyən rəsmilər Mubarakın və onun iki cangüdəninin şiə Huti silahlıları tərəfindən oğurlandıqlarını bildiriblər.

Ölkənin ən cavan siyasətçilərindən, keçmiş biznesmen, 46 yaşlı Mubarak keçmiş prezident Ali Abdullah Saleh-in 22 illik hakimiyyətdən sonra istefaya məcbur edilməsində aparıcı rollardan birini oynayıb.

Huti tayfasından olan şiələr Yəməndə paytaxt Sana da daxil geniş ərazilərə nəzarət edirlər.

Rəsmi mənbələrdən biri Reuters agentliyinə bildirib ki, bin Mubarakı oğurlamaqla şiə yaraqlılar ölkə konstitusiyasının yeni layihəsinin hazırlanmasına mane olmaq istəyiblər, beləki sənəd üzərində məhz prezident administrasiyasının rəhbəri işləyirdi.

Bu da xəbər verilir ki, Huti şiələri İran tərəfindən dəstəklənir.

Bu arada paytaxt Sanada minlərlə etirazçı şiə qiyamçılarına qarşı nümayiş keçirib.

Etirazçıların əllərində “Huti inqilabına qarşı inqilab” şüarları yazılıb.

XS
SM
MD
LG