Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:24

Permyakov Avetisyanların evinə qapının çərçivəsini çıxarmaqla girib


Valeri Permyakov

Valeri Permyakov

Ermənistanın İstintaq Komitəsinin məlumatına görə,Avetisyan ailəsinin 6 üzvünü öldürməkdə şübhəli bilinən Rusiya əsgəri Valery Permyakov Avetisyan ailəsinin evinə qapının çərçivəsini çıxartmaqla və şüşəni sındırmaqla girib.

Komitə yanvarın 17-də yaydığı məlumatda bildirir ki, əlavə ekspertiza təyin olunub. Yaxınlıqdakı kameralardan mümkün yazılar toplanır.

Müstəntiqlər Avetisyan ailəsinin telefon zənglərinin də operatordan çıxarışını istəyiblər. Onlarda əsas var ki, Permyakov qurbanların telefonundan istifadə edib.

Komitə bildirir ki, Gümrüdəki 102-ci hərbi bazadan Permyakovun necə qaçmasını, Avetisyan ailəsinin evinə necə gəlməsini istintaq hələ araşdırır.

Öz evində qətlə yetirilən Avetisyan ailəsi üzvlərininölümünün istintaqı vaxtı evdən Permyakovun çəkmələri çıxıb və o, qətl törətdiyini boynuna alır.

Günün bütün mövzuları

XS
SM
MD
LG