Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:49

Gümrüdəki aksiya iştirakçılarının bəzilərinə cinayət işi açılıb


Gümrü, 15 yanvar 2015
Gümrü, 15 yanvar 2015

Ermənistanın İstintaq Komitəsindən Azadlıq Radiosunun Erməni xidmətinə bildirilib ki, Gümrüdəki etiraz aksiyası ilə bağlı bir sıra şəxslər barəsində xuliqanlıq və hakimiyyət nümayəndələrinə zorakılıq ittihamı ilə cinayət işləri açılıb.

Gümrüdə aksiya yanvarın 15-də keçirilmişdi.

Rusiya konsulluğunun qarşısına gedən aksiya iştirakçıları Avetisyan ailəsinin 6 üzvünü öldürən Rusiya əsgəri Permyakovun Ermənistanda mühakimə olunmasını tələb edirdilər və hadisə ilə bağlı etirazlarını bildirirdi.

XS
SM
MD
LG