Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:07

Gənclərin xaricdə təhsil almalarına dair Dövlət Proqramı haqqında sərəncam imzalanıb


Prezident İlham Əliyev oktyabrın 19-da «Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almalarına dair Dövlət Proqramı haqqında» sərəncam imzalayıb. Sənəddə bildirilir ki, ötən illər ərzində ölkənin yüzlərlə vətəndaşı xarici ölkələrin ali təhsil müəssisələrində dövlət hesabına təhsil alıb: «Lakin bu sahədə mövcud olan pərakəndəlik göstərir ki, ölkənin gələcək inkişaf strategiyası baxımından xaricdə təhsillə bağlı xüsusi proqramın həyata keçirilməsinə zərurət yaranmışdır».


Sərəncama görə, İqtisadi İnkişaf Nazirliyi Təhsil Nazirliyi və digər aidiyyəti qurumlarla birlikdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almalarına dair Dövlət Proqramını üç ay ərzində hazırlayıb prezidentə təqdim etməlidir.
Nazirlər Kabineti isə sənəddən irəli gələn məsələləri həll etməlidir.



XS
SM
MD
LG