Rusiya mediasının məlumatına görə, rusiyapərəst separatçılar Donetsk hava limanını bütünlüklə tutublar.
Yanvarın 17-də verilən bu məlumatı müstəqil mənbələr hələ təsdiq etmir.
İnterfaks agentliyinin məlumatına görə, hava limanında qalan sonuncu 20 Ukrayna əsgəri hava limanını tərk etməyə məcbur olub.
Ukraynada sentyabrdan bəriatəşkəsə baxmayaraq hava limanında döyüşlər həmişə davam edib.