Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:41

Səudiyyə Ərəbistanı müqəddəs Məkkədə bir qadını boynu vurulmaqla edam etdi


Foto arxivdəndir.
Foto arxivdəndir.

Səudiyyə Ərəbistanında İslamın müqəddəs şəhəri olan Məkkədə bir qadın boynu qılıncla vurularaq edam edilib.

Səudiyyədə məskunlaşmış birmalı Laila Bint Abdul Muttalib Basim edam olunmazdan əvvəl polis tərəfindən Məkkənin küçələri ilə sürüdülüb.

O cinsi pozğunluqda və 7 yaşlı ögey qızını öldürməkdə ittiham olunurdu.

Bu barədə videoda onun başının bədənindən ayrılması üçün üç qılınc zərbəsinin lazım gəldiyi görünür.

Həmin video görüntülərinin həssalığına görə az sonra YouTube saytından çıxarılıb.

İnsan haqları müdafiəçisi Mohammed al-Saeedi-nin fikrincə, Səudiyyədə boynu vurulmaqla edamın iki üsulu var. Bunlardan biri edamdan əvvəl ağrıkəsici iynənin vurulması, digəri isə vurulmamasıdır.

Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi bildirib ki, cəzanın sərtliyi cinayətin ağırlığına müvafiq olub.

Media xəbərlərində deyilir ki, boynu vurulmaqla edam Səudiyyə Ərəbistanında həyəcan oyadacaq qədər geniş yayılıb. Təkcə 2014-cü ildə 87 nəfər belə edam edilib.

XS
SM
MD
LG