Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:34

Sumqayıtda sexdə partlayış olub, xəsarət alanlar var



Sumqayıt şəhərində vətəndaşa məxsus sexdə partlayış hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nəticədə ümumi sahəsi 20 kv.m olan mağazanın dam örtüyü, əsas divarları, ona bitişik sexin dam örtüyü və arakəsmə divarları 60 kv.m sahədə dağılıb.

Sexdə dayanan “Hyundai” və “Mitsubishi” markalı minik avtomobilləri dağıntı altında qalıblar.

Yanğınla nəticələnən partlayış zamanı mağazanın yanar konstruksiyaları, içərisində olan avtomobil ehtiyat hissələri yanıb və 2 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Təcili Tibbi Yardım Stansiyası tərəfindən xəstəxanaya aparılıblar.

XS
SM
MD
LG