Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:03

Kitabın adını alandan sonra biləcəksiniz - Aksiya


Bakıda "Kitabla kor-koranə görüş" aksiyası keçirlir.

Bakıda "Kitabla kor-koranə görüş" aksiyası keçirlir.

-


Bakıda "Kitabla kor-koranə görüş" aksiyası keçirlir.

"Əli və Nino" kitab mağazası şəbəkəsi bildirir ki, onlar bəzi kitabları xüsusi kağıza büküblər:

“Üz qabığında nə kitabın adı, nə də müəllifi göstərilmir - hər şey qalın kağız altında gizlədilib. Oxucular yalnız kağız üzərində yazılmış bir neçə ifadədən və ya çəkilmiş rəsmlərdən kitab haqqında məlumat ala bilərlər.

Qalın kağız altında gizlədilmiş kitabın adını və müəllifinin kim olduğunu onu aldıqdan sonra biləcəklər”.

"Əli və Nino" bildirir ki, onlar bu aksiyanı “satılmayan kitabları satmaq” və ya kağızla “ədəbsiz, maraqsız üz qabığını, ya da qalmaqallı müəllifi gizlətmək üçün” etmirlər: “

Biz yalnız oxucuların kitablara daha bir şans verməsini istəyirik. Kitaba üz qabığına görə qiymət verməyin, hər kitab - özlüyündə unikal və qiymətsizdir”, -deyə mağazadan bildiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG