Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:20

Sumqayıt dünyanın ən çirklənmiş şəhərlərindəndir


Sumqayıtın təbiətini üzvi çirkləndiricilər, neft və ağır metal sənayesi korlayır

Sumqayıtın təbiətini üzvi çirkləndiricilər, neft və ağır metal sənayesi korlayır

Amerikanın «Blacksmith Institute» Xeyriyyə Fondu «Dünyanın ən çirklənmiş yerləri» adlı hesabat açıqlayıb. Hesabatda Azərbaycanın Sumqayıt şəhəri ilk onluğa düşməsə də, dünyanın ən çirklənmiş şəhərləri sırasında yer alıb.

Sumqayıt şəhəri Sovet sənaye mərkəzi kimi 1950-ci illərdə salınıb. Burada bir vaxtlar Sovet İttifaqının sənaye və kənd təsərrüfatı üçün kimyəvi maddələrin əsas istehsalçıları olan 23 fabrik və zavod cəmləşib. Sovet dövrünün neftayırma sənayesi kimi, bu kimya zavodları da ətraf mühiti qorumaq sahəsində müvafiq tədbirlər həyata keçirməyiblər, beləliklə də yaxın ətraf əraziləri çirkləndiriblər. Hər il yüz minlərlə ton zəhərli tullantı ya atmosferə buraxılıb, ya da kiçik çaylar vasitəsi ilə Xəzər dənizinə axıdılıb. Çirkab suları və civə ilə çirklənmiş çöküntünün dənizə axıdılması ölü zonaların yaranmasına səbəb olub. Müasir texnologiyalar çatışmadığından şəhərin çirklənməsinə nəzarət edilə bilinmir, eyni zamanda müəssisələr ətrafında yığılan tullantıların daşınmaması və emalı edilməməsi Sumqayıtın əsas problemlərdəndir.


1992-ci ildə Sumqayıt fəlakət zonası elan edilib. 2006-cı ildə aparılan araşdırmalara görə, ətraf mühitin intensiv çirklənməsi nəticəsində Sumqayıt sakinləri arasında xərçəng xəstəliyinə tutulanların sayı artıb.


«Blacksmith Institute»un hesabatında bildirilir ki, Sumqayıtın təbiətini üzvi çirkləndiricilər, neft və ağır metal sənayesi korlayır.


Sumqayıt Ətraf Mühitinin Reabilitasiyası Mərkəzi çirklənmə və onunla bağlı təhlükələrə dair tədris proqramına başlayıb. 2003-cü ildən isə Dünya Bankı 1566 ton civənin axıdıldığı xlor və qələvi zavodunun təmizlənməsi işlərini maliyyələşdirir.


Günün bütün mövzuları

XS
SM
MD
LG