Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:05

Elçin Behbudov MTN-in təcridxanasında saxlanan bir sıra şəxslərə baş çəkib


Elçin Behbudov
Elçin Behbudov

İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov yanvarın 16-da MTN-in İstintaq Təcridxanasında saxlanan bir sıra şəxslərə baş çəkib.

O politoloq Arif Yunusun səhəti və saxlanma şəraiti ilə maraqlanıb.

Elçin Behbudovun sözlərinə görə, Arif Yunusun vəziyyəti normaldır.

Komitə sədri daha sonra Qafqaz Müsəlmanları İdarəsinin dövlətə xəyanətdə ittiham olunan keçmiş sektor müdiri Elşən Mustafayevə baş çəkib.

Behbudovun Turan agentliyinə verdiyi məlumata görə, o saxlanma şərait və rəftardan şikayət etməyib.

Amma o, dövlətə xəyanət ittihamını rədd edib.

Behbudov həmçinin Suriyada İslam Dövləti yaraqlılarının tərkibində fəaliyyət göstərməkdə ittiham olunan Kamran Əzizov və Vidadi Sultanovla görüşüb.

Onlar da saxlanma şəraitindən şikayət etməyiblər.

Elçin Behbudovun sözlərinə görə, Əzizov tutduğu işdən peşman deyil.

Sultanov isə Suriyaya getdiyinə görə peşmandır və onun sözlərinə görə, orda yalnız təlim keçib, döyüş əməliyyatlarında iştirak etməyib.

XS
SM
MD
LG