Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:07

Yanvarın 16-da Parisdə ABŞ Dövlət katibi John Kerry və İranın xarici işlər naziri Javad Zarif arasında görüş gözlənilir.

Danışıqlar zamanı İranın nüvə proqramı ətrafında yaranan vəziyyət müzakirə olunacaq.

Bu günlərdə Cenevrədə Kerry ilə Zarif arasında birbaşa görüş olub.

Yanvarən 18-də isə İran və 6 aparıcı dünya ölkəsi arasında növbəti görüş gözlənilir.

Tərəflər iyulun 1-dək İranın nüvə proqramı ilə bağlı yekun razılığa gəlmək fikrindədirlər.

Qərb hesab edir ki, İran gizlicə nüvə silahı üzərində işləyir.

Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.

Əgər İran nüvə proqramını dayandırsa, ona qarşı tətbiq edilən sanksiyalar götürülə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG