Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:18

Şəkidə AXCP fəalları həbs olunublar


Şəki küçələrinə yapışdırılan posterlərdən biri

Şəki küçələrinə yapışdırılan posterlərdən biri

-

Yanvarın 15-i axşam saatlarında AXCP Şəki rayon şöbəsinin üç fəalı saxlanıb.

Bu haqda AzadlıqRadiosuna partiya sədrinin müavini Gözəl Bayramlı məlumat verib. Onun sözlərinə görə saxlananlar şöbə sədri Rauf Əbdülrəhmanov, onun müavini Mübariz Abdullayev, AXCP Məclisinin üzvü Əli Abdullayevdir.

Gözəl Bayramlı:

«Öncə Mübariz Abdullayevi Şəki Şəhər Polis şöbəsinə çağırıb, saxlayıblar. Daha sonra bir günlük Bakıya gələn Rauf bəyə zəng edib şöbəyə çağırıblar. O da Bakıdan qayıdıb, birbaşa şöbəyə gedib. Onu da saxlayıblar. Bundan sonra partiya fəalları şöbənin qarşısına toplaşıblar. Orada polislər Xədicə İsmayıla qarşı təhqiramiz ifadələr işlədiblər. Bu da ondan xəbər verir ki, fəalların saxlanması iki gün öncə Şəkidə üzərinə «Xədicəni azad et!» yazılmış plakatların yayılması ilə bağlıdır. Bu gün (yanvarın 16-da-red) səhər saat 11-də Rauf bəyi sərbəst buraxıb, digərlərini Şəki Şəhər Məhkəməsinə aparıblar».

Şəki Şəhər Məhkəməsi AXCP fəalı Əli Abdullayev haqda 30 sutkalıq həbs qərarı çıxarıb.

Şəki Şəhər Məhkəməsi digər AXCP fəalı Mübariz Abdullayev barəsində də 30 sutkalıq həbs qərarı çıxarıb. Bu haqda AzadlıqRadiosuna partiyanın yerli şöbəsinin sədri Rauf Əbdülrəhmanov məlumat verib. Onun sözlərinə görə, fəallar üzərində Xədicə İsmayılın şəkili olan plakatlarının yayılmasında və polisə tabe olmamaqda ittiham olunublar:

“Fəallar konkret olaraq plakatlara görə ittiham olunurlar. Məhkəmə işidə də belə keçir. Yəni, bunu gizlətmirlər. Əslində plakatları mən özüm tək yapışdırmağa başlamışam. Şəhərin bir başından düşüb, ayağına kimi bütün binlara və dirəklərə yapışdırmışam. Sonradan Mübariz mənə qoşulub. Mən bunu polis rəisinə də dedim. Nədənsə, məni məhkəməyə aparmadılar. Görünür məqsədləri ara vurmaqdır. Əli Abdullayevin bu işdən ümumiyyətlə xəbəri yoxdur. Məhkəmədə 4 polis şahid kimi dindirildi. Onlar dedi ki, plakatın yapışdırılmasını öz gözləri ilə görüblər və hadisəni sona kimi izləyiblər. Plakat yapışdırmaq məhkəmədə xırda xuliqanlıq kimi qəbul olundu”.

Şəki Şəhər Polis Şöbəsindən fəalların saxlanması ilə bağlı AzadlıqRadiosunun suallarını cavablandırmaq istəmədilər.

Yanvarın 14-də Şəki şəhərinin bütün dayanacaqlarına, dövlət idarələri və bələdiyyə binasına üzərində həbsdə olan jurnalist Xədicə İsmayılın şəkili olan, «Xədicəni azad et!» yazılmış plakatlar yapışdırılmışdı. Plakatları kimin yapışdırdığı haqda məlumat verilmirdi.

Xədicə İsmayıl ötən il dekabrın 5-də həbs olunub. O, jurnalist Tural Mustafayevin «özünü öldürmə həddinə çatdırma» ittihamı ilə saxlanıb. Xədicə İsmayıl bu ittihamları rədd edərək, həbsini sifariş sayır.

Jurnalist prezident ailəsinin biznesi haqda araşdırmaların müəllifidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG