Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:17

Qafqaz Müsəlmanları İdarəsi Mikhail Gorbachev-un məhkəmədə cavab verməsini istəyir


.

Arxiv fotosu: Prezident İlham Əliyev AŞ PA-da çıxış edərkən. 24 iyun 2014

Arxiv fotosu: Prezident İlham Əliyev AŞ PA-da çıxış edərkən. 24 iyun 2014

AZƏRBAYCAN ÜÇÜN YENİ AŞ PA SINAĞI

“Azadlıq” qəzeti yazır ki, yanvarın 26-da AŞ PA-nın sessiyasında Azərbaycan hakimiyyətini çətin müzakirələr gözləyir. Toplantıda Azərbaycanla bağlı qəti qərarlar verilə bilər.

Qəzet “hakimiyyətin bu sessiyadan ciddi narahat olduğunu, sessiyada Azərbaycanla bağlı ciddi müzakirələrin olacağı gözləndiyini” yazır:

“Iddialara görə, sessiyada Azərbaycanda insan haqlarının vəziyyəti, jurnalistlərin, QHT nümayəndələrinin, siyasilərin repressiyaya məruz qalması, Avropa Məhkəməsinin qərarlarının yerinə yetirilməməsi və s. bu kimi məsələlər əsas müzakirə mövzusu olacaq. Bildirilir ki, müzakirələrin nəticəsi olaraq Azərbaycanla bağlı qəti qərarların veriləcəyi gözlənilir.

Ötən ilin oktyabr ayında Ispaniyanın paytaxtı Madriddə keçirilən toplantıda AŞ PA-nın sədri Anna Broşur demişdi ki, bəzi ölkələrin Avropa Məhkəməsinin qərarlarını icra etməməsi xoşagəlməz vəziyyət yaradır və bu problemin aradan qaldırılması üçün ciddi tədbirlər görməyə ehtiyac var.

Məlumat üçün deyək ki, Azərbaycan hakimiyyəti Avropa Məhkəməsinin sabiq səhiyyə naziri Əli Insanov və REAL Hərəkatının sədri Ilqar Məmmədovla bağlı qərarlarını icra etmir.

Bundan başqa AŞ PA-nın katibi Torbörn Yaqland da bir müddət əvvəl Azərbaycan hakimiyyətini sərt tənqid etmişdi. Yaqland hətta Böyük Britaniyanı Azərbaycanda insan haqları ilə bağlı yaranmış kritik vəziyyətə ciddi yanaşmağa çağırmışdı. Bu baxımdan hakimiyyət fərqindədir ki, qış sessiyasında Azərbaycanla bağlı kritik müzakirələr olacaq”.

Keçmiş sovet lideri Mikhail Gorbachev (solda) və Yevgeny Primakov, 25 sentyabr 1985

Keçmiş sovet lideri Mikhail Gorbachev (solda) və Yevgeny Primakov, 25 sentyabr 1985

GORBACHOV-UN MƏHKƏMƏYƏ VERİLMƏSİ TƏLƏB EDİLİR

Qafqaz Müslmanlari İdarəsi 20 yanvar hadisələrinin 25 illiyi ərəfəsində yaydığı bəyanatda keçmiş SSRİ rəhbəri Mikhail Gorbachovun məhkəməyə verilməsini tələb edir. İnformasiya agentliklərində yayılan bəyantda deyilir:

“Azərbaycan xalqının tam mənəvi haqqı vardır ki, öz qatillərini - Mikhail Gorbachovu və onun əlaltılarını məhkəməyə cəlb etsin, beynəlxalq qanunlar zəminində canilərin vəhşiliyi, əsl niyyətləri dünya ictimaiyyətinə tam şəkildə açılsın.

Dünya bilməlidir ki, XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktları sırasında Azərbaycan xalqına qarşı kütləvi terror - Qarabağ münaqişəsi, 20 Yanvar cinayəti də var.

Bu bir danılmaz həqiqətdir ki, 20 Yanvar faciəsinin zamanında öz hüquqi, siyasi qiymətini almaması xalqımızın ağrılı problemi olan Qarabağ məsələsinin bugünədək ədalətli həllini tapmamasına da təsirsiz ötüşməyib.

Təəssüflər olsun ki, dünyada problemlərə qərəzli, ikili standartlar çərçivəsində yanaşılması mərəzi burada da özünü göstərib. Azadlıq və demokratiyadan dəm vuran bəzi ölkələr və beynəlxalq təşkilatlar susmağa üstünlük verməkdədir”.

Arxiv fotosu: Türkiyə ordusunun hərbi texnikası

Arxiv fotosu: Türkiyə ordusunun hərbi texnikası

BAKI TÜRKİYƏDƏN TƏZƏ SİLAHLAR ALIR...

“Azərbaycan” qəzeti prezident İlham Əliyevin Türkiyə səfərinə geniş yer ayırıb. İlham Əliyev məbuat qraşısında deyib:

“Müdafiə sahəsində əməkdaşlıq artır. Biz Türkiyədən çoxlu silah-sursat alırıq. Eyni zamanda, artıq Azərbaycanda müdafiə sənayesi məhsullarının birgə istehsalı haqqında da bu gün fikir mübadiləsi aparılıb.

Biz Türkiyənin böyük uğurlarına sevinirik. Türkiyə bu gün dünya miqyasında bir güc mərkəzidir. Türkiyə nə qədər güclü olarsa, Azərbaycan bir o qədər güclü olacaq. Bizim gücümüz əlbəttə ki, siyasi, iqtisadi və hərbi gücümüzdür. Ona görə, müdafiə sahəsində əməkdaşlığın dərinləşməsi üçün bizim böyük planlarımız var.

... Son illərdə Azərbaycan Türkiyəyə və Türkiyə Azərbaycana milyardlarla dollar sərmayə qoymuşlar. 2020-ci ilə qədər Türkiyəyə qoyulacaq Azərbaycan sərmayələrinin həcmi 20 milyard dollara çatacaq. Türkiyə şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərirlər və 10 milyard dollar həcmində layihələr icra etmişlər”.

Azərbaycan və Türkiyə prezidentləri (İlham Əliyev - solda) və Recep Tayyib Erdoğan, Ankara, 15 yanvar 2015

Azərbaycan və Türkiyə prezidentləri (İlham Əliyev - solda) və Recep Tayyib Erdoğan, Ankara, 15 yanvar 2015

ƏLİYEVİN ANKARDAN, ERDOĞANIN BAKIDAN UMACAQLARININ SİYAHISI

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da İlham Əliyevin Türkiyə səfərini şərh edən məqalə hazırlayıb. “Qafqazinfo” həmin yazını təqdim edir:

“Bu səfərə ehtiyac var idi. Çünki iki ölkənin liderlərinin sonuncu görüşündən sonra Azərbaycan-Türkiyə münasibətlərində bir neçə aktual məsələ var idi ki, onlar barədə müzakirə aparılmalıydı.

Birincisi, bu Bakı-Tbilisi-Qars layihəsidir. Bu layihənin icrası gecikir. Dəmiryolunun tikintisi Azərbaycan və Gürcüstanda başa çatıb, gecikməyə səbəb Türkiyədə işlərin ləngiməsidir. Rəsmi Bakı isə bu layihəni qısa müddətdə istifadəyə verməyə çalışır. Çünki, layihə işə düşdükdən sonra Azərbaycanın tranzit ölkə kimi əhəmiyyəti artacaq...

Buna görə də Əlivev Ərdoğanla Bakı-Tbilsi-Qars məsələsini müzakirə etmək istəyirdi. İlham Əliyev Rəcəb Təyyub Ərdoğanla birgə mətbuat konfransında belə bir ifadə işlətdi: “Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi strateji əhəmiyyətə malikdir və əminəm ki, bu layihə vaxtlı-vaxtında icra ediləcək”.

Bu Bakının Ankaraya növbəti mesajıdır ki, Türkiyə tərəfi tikintini sürətləndirsin. Ərdoğanın cavabı isə belə oldu ki, ilin sonuna qədər dəmir yolu hazır olacaq. Halbuki, rəsmi Bakı layihəni ilin başlanğıcında istifadəyə verməyə çalışırdı.

Elxan Şahinoğlu yazır ki, Ankarada imzalanan sənədlər arasında bir protokol diqqəti çəkdi:

“Bu çirkli pulların təmizlənməsi və terrorizmin maliyyələşdirilməsinin qarşısının alınmasına qarşı məlumat bölüşdürülməsinin artırılması sahəsindəki əməkdaşlıq protokolu idi.

Bu protokol iki səbəbdən vacibdir. Azərbaycan vətəndaşlarının Türkiyə üzərindən Suriya və İraqa gedib terrorçulara qoşulmaları haqqında məlumatlar rəsmi Bakını narahat edir. Azərbaycan hakimiyyət bu cür vətəndaşlar haqqında Türkiyədən dəqiq məlumatlar almaq istəyir.

Protokolda Ankaranın da marağı var idi. Çünki, Ərdoğan Fətullah Gülən qrupu ilə mübarizəni davam etdirir. Bu mübarizədə Ərdoğan Əliyevdən dəstək gözləyir. Çünki, Gülən tərəfdarları hələ də Azərbaycanda güclüdürlər və Azərbaycanda böyük maliyyələri var. Türkiyə hökuməti isə bu pulları imzalanan protokola görə, “çirkli pul” sayır və deməli bununla mübarizə aparılmalıdır. Ankara gözləyir ki, Bakı Gülən tərəfdarları ilə mübarizəni genişləndirəcək və onların maliyyə imkanlarını məhdudlaşdıracaq”.

Günün bütün mövzuları

XS
SM
MD
LG