Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:54

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi izləyiciləri təəccübləndirib


Fransa prezidenti François Hollande ABŞ Dövlət katibi Jhon Kerry ilə görüşərkən
Fransa prezidenti François Hollande ABŞ Dövlət katibi Jhon Kerry ilə görüşərkən

-

16 yanvar media icmalında oxu

«ABŞ-ın müdaxiləsi cavab deyil»

Jurnalist Fareed Zakaria bunu Washington Post-da yazır.

Müəllif yazır ki, Paris hücumu barbar, şok yaradan hərəkət idi və çoxları bu cür terrorçuluğun qarşısını almaq üçün nə etməyin mümkünlüyünü sual edirdi.

«Parisdəki hücumu gördünüzmü? Birləşmiş Ştatlara da belə bir hücum olacaq,» bunu Respublikaçı Senator John McCain New York Times-a deyib. O, digər müsahibələrində ABŞ-dan daha aqressiv strategiyanın tələb olunduğunu vurğulayıb, yəni İraq və Əfqanıstana daha çox əsgər göndərilsin, Yaxın Şərqdə daha artıq hərbi iştirak olsun, Suriyaya quru qoşunları yeridilsin və sairə.

«Bu nəzəriyyə İraq müharibəsi dövründə belə təsvir olunurdu ki, «orada onlarla vuruşduğumuz üçün burada vuruşmalı olmuruq». O vaxt da səhv idi bu yanaşma, indi də,» müəllif yazır.

Fareed Zakaria bir terrorçunun öz radikallaşmasını necə izah etdiyini yada salır: «Döyüşə gedib orada ölməyə hazır idim... Bu ideya televiziyada ədalətsizlikləri gördüyüm zaman ağlıma gəldi. Amerikalıların iraqlılara verdiyi işgəncəni nəzərdə tuturam».

«ABŞ-ın Yaxın Şərqə müdaxiləsi onu cihadçıya çevirdi. Ancaq görünür daha artıq müdaxilənin əks təsiri olacaq,» müəllif yazır.

«Bir yöndəmsiz reallıq da odur ki, əgər Suriyaya müdaxilədə məqsəd cihadçı qüvvələri məhv etməkdirsə, bu, Birləşmiş Ştatların Assad-la eyni düşərgədə yer alması deməkdir. Yaxşı olardı ki, amerikalılar mötədil suriyalıları müəyyənləşdirsin və onların radikal islamçıları, daha sonra Assad ordusunu məhv etməsini və sabitlik yaradıb Suriyaya idarəçiliyini təmin etsin».

Təhsilli xaricisən? Gəl, Ukraynada islahat apar!

Ukraynalı etirazçılar
Ukraynalı etirazçılar

Global Post yazır ki, korrupsiya ilə mübarizə aparmaq və islahatlar həyata keçirmək üçün Ukrayna hökuməti hər cür yardımdan faydalanır.

Təcrübəli hüquqşünassınızsa, Ukrayna dilində də danışırsınızsa, üstəlik korrupsiyada təngə gəlmisinizsə, anti-korrupsiya agentliyinin rəhbərliyində yer ala bilərsiniz. Milli Anti-Korruosiya Bürosunda vakansiya yaranıb. Bunun üçün həm də Ukrayna vətəndaşı olmalısınız. Ancaq bu, məsələnin ən asan tərəfidir. Ölkənin maliyyə naziri Natalie Jaresko Amerikada doğulub, iqtisadi inkişaf naziri Aivaras Abromavicius Litvada anadan olub, səhiyyə naziri Alexander Kvitashvili isə Gürcüstanda dünyaya göz açıb. Hər üçü ötən ay Nazirlər Kabinetinə daxil olmamışdan təcili şəkildə Ukrayna pasportlarını əldə ediblər. İndi də anti-korrupsiya idarəsindəki boş yeri əcnəbi tuta bilər. Hər halda bəzi rəsmilər buna işarə vurublar.

Elə Ukrayna prezidenti Petro Poroshenko da ideyanı dəstəkləyib, yeni hökumətə namizədlərin təkcə ölkə daxilində deyil, xaricdə də axtarıldığını deyib. Milliyyətindən asılı olmayaraq, «müstəqil, təcrübəli və tam peşəkar» kadrlara öncəlik verilir. Ancaq müşahidəçilərin əcnəbi kadrlarla bağlı fikirləri haçalanır. Bir tərəfdən əcnəbi namizədlər siyasi intriqalara bulaşmayıblar. Digər tərəfdən onlar Ukrayna bürokratiyasının «cik-biki»ni bilmirlər.

Boris Pasternak
Boris Pasternak

CIA kirilcə tvitlədi

The Guardian yazır ki, cümə axşamı ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (CIA ) rusca tvit atması izləyiciləri təəccübləndirib. Rusca qətiyyən bilməyənlər bu hesabın hakerlər tərəfindən ələ keçirilməsindən narahat olub. Ancaq rusdillilər onları sakitləşdirib, bunun rus şairi və nasiri Boris Pasternak-dan sitat olduğunu yazıb. «Onun 1957-ci ildə yazdığı «Doktor Jivaqo» romanının 1960-cı illərdə Sovet İttifaqında yayılmasında CIA -nin də rolu olub,» The Guardian yazır.

Sitat belədir: «Romanı ancaq çap olunub oxunması üçün yazdım, bu, mənim yeganə arzumdur».

The Guardian yazır ki, CIA -nın tviti masir Kremlə mətbuata basqılarına görə bir kod mesaj da ola bilər. Ancaq daha çox agentliyin PR addımına oxşayır, yəni 20-ci əsrdəki uğurlarını yada salır.

Arxiv foto
Arxiv foto

Rusiya sanksiyaları: Hardayıq?

Newsweek Rusiyaya tətbiq olunmuş sanksiyaların aqibətindən yazır. Müəllif bildirir ki, hələlik Rusiyada iqtisadi böhranla bağlı mühakimə yürütməyə tələsməmək lazımdır. Rusiya maliyyə naziri Anton Siluanov valyuta böhranının bitdiyini elan edib. Ancaq bəzi təhlilçilər tam miqyaslı iqtisadi böhranının başlayacağı barədə xəbərdarlıq edirlər.

«Hər iki dəyərləndirmə səhvdir. Reallıq odur ki, hələ böhranın ilk günləridir; sanksiyalar və neft birlikdə nəhəng iqtisadi yerdəyişmələr gətirir və sanksiyalar sərtləşdikcə, nəticələr də güclənəcək, Rusiya iqtisadiyyatının müqaviməti zəifləyəcək. Rusiya hələlik iqtisadi böhranı ertələmək üçün maliyyə buferləri və iqtisadi siyasətə malikdir, ancaq 2015-ci ildə bazarın təzyiqi geri qayıdacaq,» yazıda oxuyuruq.

XS
SM
MD
LG