Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:30

Kerri Parisdə Hollande ilə görüşüb


Francois Hollande və John Kerry
Francois Hollande və John Kerry

ABŞ Dövlət katibi John Kerry yanvarın 16-da Parisdə Fransa rəsmiləri ilə görüşüb.

Görüşdə məqsəd yanvarın 7-də Parisdə törədilən terror aktlarından sonra Fransaya həmrəylik nümayiş etdirməkdir.

Kerry prezident Francois Hollande ilə görüşdə ölkəsinin Fransanın dərdinə şərik olduğunu bildirib.

Francois Hollande bildirib ki, ABŞ-la Fransa ifratçılığa qarşı birgə mübarizə aparmalıdırlar.

Kerry bundan əvvəl fransalı həmkarı Loran Fabiusla (Laurent Fabius) görüşdə deyib ki, əvvəlcədən planlaşdırılmış səfərdə olduğundan yanvarın 11-də Parisdə keçirilən yürüşdə iştirak edə bilməyib.

Kerry hücumlara məruz qalmış Şarli Ebdu jurnalının redaksiyası, koşer mağazası və polis əməkdaşının öldürüldüyü yerə əklillər qoyacaq.

Yanvarın 7-9-da törədilən bu hücumlarda 17 nəfər ölüb.

İslamçı yaraqlılar bununla Məhəmməd Peyğəmbərin karikaturlarını çap edən satirik Şarli Ebdu jurnalından qisas aldıqlarını deyirlər.

XS
SM
MD
LG