Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:05

Belçikada iki şübhəli yaraqlı öldürülüb


Belçika polisi əməliyyatdan sonra

Belçika polisi əməliyyatdan sonra

--

Belçika rəsmiləri bildirirlər ki, ölkənin şərqində antiterror əməliyyatında iki şübhəli islamçı yaraqlı öldürülüb, biri həbs olunub.

Dövlət rəsmisi Eric Van der Sypt yanvarın 15-də bildirib ki, şərqi Verviers şəhərində əməliyyatlar islamçı ekstremistlərin "iri miqyaslı" terror hücumlarını əngəlləyə bilib.

Polis Brüssel və Verviers-də 10-dək evi axtarıb. Şübhəli yaraqlıların Suriyadan qayıtdıqdan sonra həmin evlərdə yaşadığı söylənir.

İki silahlı təhlükəsizlik qüvvələri ilə atışmada öldürülüb.

Reydlər zamanı təhlükəsizlik işçilərindən xəsarət alan olmayıb.

Əməliyyatdan sonra Belçikada terror təhlükəsinin səviyyəsi qaldırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG