Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:10

Separatçılar Minsk danışıqlarına qatılmağa hazırdır


Donetskdə əhali humanitar yardım alır

Donetskdə əhali humanitar yardım alır

--

Ukraynanın şərqində rusiyayönılü separatçıların nəzarətində olan regionların rəsmiləri bildiriblər ki, yanvarın 16-da Minskdə Kontakt qrupunun görüşündə iştiraka hazırdırlar.

Özünü "Luqansk Xalq Respublikası" (LNR) adlandıran qurumun rəhbəri Igor Plotnitsky yanvarın 15-də deyib ki, özü Minskə getməyəcək, Vladislav Deinego-nu göndərəcək.

Mİnskdə Ukrayna və Rusiya hökumətlərinin və ATƏT-in iştirakıyla görüş gözlənir.

"Donetsk Xalq Respublikası" (DNR) adlanan qurumun təmsilçisi Denis Pushilin də deyib ki, nümayəndə heyəti Minsk görüşünə hazırdır.

Pushilin-in sözlərinə görə, 16 yanvar danışıqlarında irəliləyiş olsa, LNR və DNR liderləri – Plotnitsky və Aleksandr Zakharchenko da Minskə gedəcək.

Kontakt qrupunun sonuncu görüşü dekabrın 24-də Mİnskdə keçirilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG