Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:36

1991-ci ildən 1 milyonadək qazax ölkəsinə qayıdıb


Qazaxıstana dönənlərin yaşadığı kənd
Qazaxıstana dönənlərin yaşadığı kənd

-

Qazaxıstanın Səhiyyə və Sosial İnkişaf Nazirliyi bildirir ki, 1991-ci ildən 1 milyonadək etnik qazax öz torpağına qayıdıb. Nazirlik məlumatı yanvarın 16-da yayıb. Qazaxıstanın müstəqillik qazanmasından bu ilin əvvəlinədək 952,882 qazaxın geri döndüyü bildirilir.

Qazaxıstanda bu vaxtadək məskunlaşmış bu etnik qazaxlardan 61.5%-i Özbəkistandan, 14.3%-i Çindən, 9.3%-i Monqolustandan, 6.8%-i Türkmənistandan, 4.6%-i Rusiyadan, 3.5%-i digər ölkələrdən gəlib. Onlar Qazaxıstanın 17.4 milyonluq əhalisinin 5.5%-ni təşkil edir.

XS
SM
MD
LG