Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:21

“Quş adam” və “Grand Budapeşt Oteli” Oscar nominasiyalarında liderlik edir


Oscar mükafatı üçün builki nominasiyalara hərəsi 9 təqdimatla “Quş adam” (Birdman) və “Grand Budapeşt Oteli” (The Grand Budapest Hotel) filmləri liderlik edir.

“İmitasiya oyunu” (The Imitation Game), “Ömrün oğlan çağı” (Boyhood) və “Amerikalı snayper” (American Sniper) filmləri də çoxsaylı nominasiyalara sahib olublar.

Britaniya aktyorları Benedict Cumberbatch, Eddie Redmayne, Rosamund Pike, Felicity Jones və Keira Knightley-nin adları da nominasiya sihyahılarındadır.

Aktrisa Meryl Streep 19 nominasiya ilə özünə məxsus rekordu təzələyib.

“Foxcatcher”, “Ulduzlararası” (Interstellar), “Hər şey nəzəriyyəsi” (The Theory of Everything) və “Whiplash” filmlərinin hərəsi 5 nominasiya qazanıb.

Wes Anderson (The Grand Budapest Hotel), Richard Linklater (Boyhood), Alejandro G Inarritu (Birdman), Morten Tyldum (The Imitation Game) və Bennett Miller (Foxcatcher) ən yaxşı rejissor kateqoriyasında nominasiya alıblar.

Xarici dilli filmlərin Oscar nominasiyası siyahısında Polşa, Argentina, Rusiya, Estoniya və Mavritaniyanın filmləri yer alıb.

XS
SM
MD
LG