Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:58

Bu “misli görünməmiş” razılaşma baş nazir David Cameron-un ABŞ prezidenti Barack Obama ilə Vaşinqtonda apardıqları danışıqların gedişində əldə edilib.

Birləşmiş Krallıq və Amerika Birləşmiş Ştatları internet cinayətkarlığına qarşı birgə mübarizə çərçivəsində “kibernetik manevrlər” keçirmək barədə razılaşma əldə ediblər.

Britaniya mediası xəbər verir ki, ilk “səhnələşdirilmiş kiberhücum” bu ilin sonlarında maliyyə sektoru üzərinə “ediləcək”.

Bu “misli görünməmiş” razılaşma baş nazir David Cameron-un ABŞ prezidenti Barack Obama ilə Vaşinqtonda apardıqları danışıqların gedişində əldə edilib.

Wall Street və City-yə səhnələşdirilmiş hücum

Razılaşmaya əsasən Atlantik okeanın iki tərəfində olan agentlərdən ibarət internet birləşmələri əlaqəli şəkildə işləyəcəklər.

Bu, internet tarixində iki ölkə arasında ilk belə vitual müttəfiqlikdir.

Mətbuat xatırladır ki, iki liderin bu görüşündən az əvvəl “Sony Pictures” və ABŞ Mərkəzi Komandanlığı (US Centcom)üzərinə kiberhücumlar baş vermişdi.

Mətbuat üçün açıqlamasında Britaniyanın baş naziri David Cameron bildirib ki, kiberhücumlar müasir dünyada ən çox üzləşdiyimiz təhlükədir.

Plan üzrə ilk internet hərbi oyunları İngiltərə Bankını və digər kommersiya banklarını, habelə Londonun maliyyə məhəlləsi olan “City” nahiyəsini, Birləşmiş Ştatlarda isə Wall Street-i əhatə edəcək.

“Kiberxəfiyyələrin yeni nəsli”

Baş nazir bildirib ki, hökumət “kiberxəfiyyələrin” yeni nəslinin yetişdirilməsi üçün böyük vəsaitlər ayırır.

Öz növbəsində cənab Obama bildirib ki, kiberhücumlar artmaqda olan təhlükə təşkil edir və bu təhlükəyə qarşı mübarizəni tənzimləyən qanunvericiliyin yenidən işlənməsinə ehtiyac var.

Mətbuat yada salır ki, ABŞ Mərkəzi Komandanlığının tvitter hesabı bu həftənin əvvəllərində İslam Dövlətinə bağlı olduqlarını iddia edən hakerlərin hücumuna məruz qalmışdı.

Cənab Cameron deyib ki, Birləşmiş Krallıq indinin özündə kiberhücumlara hazırdır və Britaniya hərbi kəşfiyyatı bu sahədə çox güclü təcrübə toplayıb.

“Söhbət adamlara məxsus şəxsi məlumatların, maliyyə məlumatlarının qorunmasından gedir, çünki belə hücumlar insanların firavanlığı üçün ağır nəticələrə gətirib çıxara bilər” – deyib David Cameron.

Baş nazir sosial şəbəkə şirkətlərini interneti terrorçulardan təmizləməyə, onlar üçün ünsiyyət məkanı buraxmamağa çağırıb.

Fransa üzərinə “kibercihad”

ABŞ-da Barack Obama və David Cameron arasında danışıqların getdiyi bir vaxtda Avropanın başqa bir ölkəsi – Fransa ölkə internet saytlarına kütləvi kiberhücumlarla üzləşir.

Ölkənin kibermüdafiə sisteminin komandanı admiral Arnaud Coustilliere deyib ki, ötən həftə baş vermiş qanlı terror hadisələrinin ardınca Fransa saytlarına üst-üstə 19 min kiberhücum olub.

Admiral bildirib ki, bu hücumlardan bir neçəsini yaxşı tanınan islamçı haker qrupları ediblər.

Hərbi alaylardan tutmuş qəlyanaltılaradək geniş diapozonu əhatə edən bu hücumlar əsasən az ziyanlı “girişi əngəlləyən” həmlələr olsa da, onların ümumi sayı ciddi narahatlığa səbəb olub.

Cənab Coustilliere deyib ki, ölkə öz miqyasına görə misli görünməmiş kiberhücum dalğasına məruz qalıb.

İnternet təhlükələrini monitorinq edən “Arbor Networks” şəxsi şirkəti bildirir ki, son 24 saatda Fransanın 1070 saytına müxtəlif kiberbasqınlar edilib.

Hökumət rəsmilərinin verdiyi məlumata görə , hazırda internet bütün sutka ərzində nəzarətə götürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG