Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:43

Rusiyalıların 55 faizi Putinin 2018-ci ildən sonra da hakimiyyətdə qalmasını istəyir


Moskvadakı “Levada” mərkəzinin keçirdiyi rəy sorğusunun nəticələrinə görə rusiyalıların yarıdan çoxu Vladimir Putini 2018-ci ilin seçkilərindən sonra da hakimiyyətdə görmək istəyir.

Rəyi soruşulan hər 10 nəfərdən yalnız 1-i Putinə alternativ olduğunu düşünür.

Beləliklə, Putinin prezident kürsüsündə dəyişməsinə lüzum görməyənlərin faizi Krımın ilhaqından bəri keçən aylarda iki dəfə artıb.

2013-cü ildə keçirilmiş oxşar rəy sorğusunda respondentlərin yalnız 26 faizi hazırkı prezidentin öz postiunda qalmasını istəyirdi.

“Levada” mərkəzinin eksperti Denis Volkov bildirib ki, burada söhbət təkcə Krımın ilhaqından getmir. Əslində son aylar ərzində Rusiya mediası bir tərəfdən xof və qorxu yaymaqla, digər tərəfdən isə Putinin güclü lider kimi reytinqini yüksəldib.

Volkov hesab edir ki, bir qədər sonra, iqtisadi tənəzzülün güclənməsi ilə bağlı Vladimir Putinin reytinqi yenidən aşağı sürüşə bilər.

2014-cü ildə keçirilmiş rəy sorğularında respondentlərin yalnız 10 faizi hazırda Putinə alternativ olan siyasi opponentlərin mövcudluğunu qəbul edirdi. 24 faiz isə bu qənaətdədir ki, hazırda belə siyasətçilər yoxdur, lakin lazım gələrsə tapılar.

Rəyi soruşulanların yalnız 18 faizi düşünür ki, 2018-ci ildə Rusiyanın problemklərini fərqli yollarla həll edə biləcək başqa namizədə ehtiyac var. Halbuki iki əl vvəl belə düşünənlər 40 faiz təşkil edirdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG