Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:32

KUPÇA ALMAĞA HANSI SƏNƏDLƏR LAZIMDIR?


"KUPÇA" ALMAĞA LAZIM OLAN SƏNƏDLƏRİN SİYAHISI

Prezidentin fərmanı ilə Azərbaycan Sovet Sosialist Respublikası ittifaqının tərəkibində olduğu vaxt yaşayış və bağ evlərinə verilmiş sənədlər:

  1. Yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələrinin verdiyi torpaq qeydləri;
  2. Yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma bürolarının verdiyi torpaq qeydləri;* şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələrinin verdiyi torpaqdan istifadə hüququna dair dövlət aktı;
  3. Kənd yaşayış məntəqələrinin və qəsəbələrin torpaqlarından torpaq sahələrinin ayrılması barədə kənd və qəsəbə zəhmətkeş deputatları sovetlərinin qərarları;
  4. Tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dək bağlanmış müqavilələr;* şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr;
  5. Yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları;
  6. Yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları;

Bunlar müstəqillik illərindən öncəyə aidir. Müstəqillikdən sonrakı illərdəki mülklərin sənədləşməsini istəyənlər aşağıdakı sənədləri toplamalıdır:

  1. Şəhər və rayon xalq deputatları sovetlərinin 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə;
  2. Torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar;
  3. Kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə dair təsərrüfatbaşına kitablardan çıxarış;
  4. Üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanlarının 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda).
XS
SM
MD
LG