Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:51

Avropa Parlamenti yanvarın 14-də Rusiyanı kəskin ittiham edən 2 qətnamə qəbul edib.

Qətnamələrdən birində Rusiya qonşu dövlətə qarşı təcavüzkar siyasət yeüritməkdə ittiham olunur.

Avropa Parlamenti Avropa şurasını Rusiyaya qarşı qəbul edilmiş tədbirləri dəyişməməyə çağırıb.

Avropa Parlamentinin saytında yerləşdirilən press-relizdə deyilir ki, Rusiya təcavüzkar hərəkətlərindən əl çəkməyincə, Donbasdan ordusunu çıxarmayınca və separatçılara dəstəyi dayandırmayınca sanksiyalar qüvvədə qalmalıdır.

Avropa Parlamenti həmçinin müxalifət fəalı Aleksei Navalny və qardaşının əsassız ittihamlarla məhkum edilməsini kəskin pisləyən qətnamə qəbul edib.

Qətnamədə deyilir ki, korrupsiyaya qarşı mübarizə aparan müxalifət fəalının işi siyasi məsəyə oxşayır və məhkəmə prosesi bu cür müdaxilələrdən gənar, azad olmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG