Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:02

Kerri iranlı həmkarı ilə görüşə bilər


John Kerry və Mohammad Javad Zarif

John Kerry və Mohammad Javad Zarif

ABŞ Dövlət katibi John Kerry bildirib ki, yanvarın 16-da Parisdə İranın xarici işlər naziri Javad Zariflə görüşə bilər.

Amma o bu barədə hələlik yekun qərar qəbul edilmədiyini deyib.

Kerry bunu yanvarın 15-də Bolqarıstanda deyib.

Bundan əvvəl o Cenevrədə Zariflə İranın nüvə proqramını müzakirə edib.

Bundan əvvəl aparıcı 6 dünya ölkəsi ilə İran atasında aparılan danışıqlarda yekun razılaşma əldə olunmayıb və bir qərara gəlmək üçün iyulun 1-dək vaxt qoyublar.

İran yanvarın 14-də xəbərdarlıq edib ki, əgər ona qarşı yeni sanksiyalar tətbiq edilsə uran zənginləşdirilməsi üzərində işi bərpa edə bilər.

ABŞ Konqresi İrana qarşı yeni mümkün sanksiyaları nəzərdən keçirir.

Qərb hesab edir ki, İran gizlicə nüvə silahı üzərində işləyir.

Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG