Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:33

Vaşinqtonla London Rusiyaya təzyiqləri davam etdirəcək


Barack Obama və David Cameron

Barack Obama və David Cameron

ABŞ prezidenti Barack bama ilə Böyük Britaniyanın baş naziri Devid Cameron Ukraynaya böhranına görə, Rusiyaya təzyiqlərin davam etdiriləcəyini vəd ediblər.

Bu barədə liderlərin Londonda çıxan De Tayms (The Times) qəzetində dərc edilmiş birgə məqaləsində bildirilir.

ABŞ , Avropa Birliyi və bir sıra ölkələr Krımn işğalı və Ukraynadakı separatçıları dəstəklədiyinə görə, Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq ediblər.

Məqalədə bildirilir ki, bizim kəskin və birgə cavabımızda açıq bildirilir ki, beynəlxalq aləm Rusiyanın Ukraynada qeyri-sabitlik yaratmaq cəhdlərinə biganə qalmayacaq.

Amma Moskva bu məsələdə əli olmadığını, separatçılara dəstək vermədiyini deyir.

BMT-nin məlumatına görə, ötən ilin aprelindən bu yana Ukraynanın şərqində gedən döyüşlərdə 4700-dən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG