Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:56

Türk model Erdoğanı təhqir etmək ittihamı ilə sorğu-sual olundu


.


Belarus prezidenti Alyaksandr Lukashenka (solda) rusiyalı həmkarı Vladimir Putin-lə. MInsk, 2 iyul 2014

Belarus prezidenti Alyaksandr Lukashenka (solda) rusiyalı həmkarı Vladimir Putin-lə. MInsk, 2 iyul 2014

Putinin bandası Avrasiya İqtisadi Birliyindən faydalana biləcəkmi?

Bu başlıqlı yazı the diplomat.com saytında dərc olunub.

Müəllif Jan Dulac Astanadan yazır ki, Avrasiya İqtisadi Birliyinin (AİB) dekabrın 23-də Moskvada keçirilən sammiti ərəfəsində Belarus prezidenti Alexander Lukashenko Rusiya siyasətini söyüb, "axmaq və səfeh" adlandırıb. O, Moskvanı Belarusa bəzi məhsulların idxalına qadağa qoymaqda ittiham edib.

İki gün öncə isə Belarus prezidenti Rusiya ilə sərhədə gömrük nəzarət məntəqələri qoyub, ikitərəfli ticarətin ABŞ dolları ilə aparılacağını elan edib.

Qazaxıstan Vətənpərvərlər Partiyasının sədri Gani Kassymov isə hökuməti çağırıb ki, "Avrasiya İqtisadi Birliyi normalarının tətbiqini bir illiyə, Rusiyada iqtisadi durum düzələnədək ertələsin". O, Rusiya böhranının Qazaxıstan və Belarusda iqtisadi vəziyyəti pisləşdirəcəyini vurğulayıb.

Müəllif bir vacib məqamın diqqətdən kənar qaldığını qeyd edir: AİB təkcə sərhədlərarası malların, pul və əməyin azad dövriyyəsinə imkan yaratmayacaq; Belarus və Qazaxıstan Rusiyadan mütəşəkkil cinayətkarlığa da açıq olacaq:

"Astana da çox şey itirəcək. Ölkə Dünya Bankının Rəqabətlilik İndeksində 47-ci, Biznes Qurma reytinqində isə 50-ci yerə qalxıb. Bürokratiya getdikcə azalmaqdadır. Sahibkarların çoxu az və ya çox dərəcədə sivil qaydalarla işləməyə alışır... Rusiya mütəşəkkil cinayətkar qrupları iqtisadi və sosial böhrandan öz nüfuz və sərvətlərini artırmaq üçün istifadə edirlər. Onların Qazaxıstandakı həmkarları ilə təması üçün münbit şərait yaranacaq. Qazaxıstan korrupsiya ilə mübarizədə hələlik sürətlə irəliləmir, ötən il 126-cı yerdə qərarlaşıb".

Müəllif yazır ki, Putin "beşinci kolon" deyəndə Qərbin maraqlarına xidmət edən, ölkədə sabitliyi pozmağa çalışan daxili qüvvələri nəzərdə tutur. Ancaq geniş yayılmış bir fikir də var ki, kriminal qruplarla birləşən rusiyalı oliqarxlar Moskvanın yaxın xaricdə, Ukraynada maraqlarını irəli aparmaq üçün eyni rolu oynayırlar:

"Ona görə, təəccüblü deyil ki, belarus və qazaxların çoxu, özəlliklə də Ukrayna böhranından sonra, AİB-in siyasi nəticələrini görür və bundan qorxur".

Merve Büyüksaraç

Merve Büyüksaraç

Erdoğanı satirik şeirlər "təhqir edən" türk model sorşu-sual olundu

Hurriyet Daily News yazır ki, Instagram hesabında prezident Recep Tayyip Erdoğanı "təhqir edən şeir" yaymaq ittihamı ilə model prokurorluqda dindirilib.

Merve Büyüksaraç dizayner və yazıçıdır, 2006-cı ildə Miss Türkiyə adını alıb. O, yanvarın 14-də İstanbulun Çağlayan hissəsində məhkəməyə ifadə verməyə gedib. Büyüksaraç İnstagram hesabında populyar bir jurnaldan satirik şeiri paylaşmasına görə dindirilib.

Büyüksaraç prokurora deyib ki, ola bilsin, həftəlik "Uykusuz" satirik jurnalından bir şeirdən sitat gətirib, ancaq dostlarından biri bu tip hərəkətin cinayət məsuliyyəti yaratması barədə xəbərdarlıq edib və o, həmin sitatı silib.

"Məzəli hesab etdiyim üçün paylaşdım. O vaxtkı baş nazir Recep Tayyip Erdoğanı təhqir etmək fikrim olmayıb," -deyə Büyüksaraç Cihan xəbər agentliyinə söyləyib.

Prokuror Büyüksaraç üçün "məhkəmə nəzarəti" tələb etsə də, məhkəmə onu qeyd-şərtsiz buraxmaq qərarı verib.

Orta Asiya

Orta Asiya

Orta Asiya "Stan"ları barədə nə bilirsiniz?

Bu yaxınlarda "The New York Times" qəzetinin səhvən Qırğızıstan (Kyrgyzstan) yerinə Kyrzbekistan yazması tvitterdə də bir trendə çevrildi, dünya mediasına da bir neçə günlük mövzu verdi. Sonradan qəzet təkzib verdi, Kyrzbekistan adlı dövlətin olmadığını bildirdi. "The Guardian" qəzeti isə "Orta Asiya "Stan"ları barədə nə bilirsiniz?" başlıqlı məqalədə 10 sualdan ibarət test dərc edib. "Qazaxıstan, Türkmənistan, Tacikistan arasındakı fərqi bilirsinizmi? Bəs Özbəkistan necə?" deyə yazıdasual olunur.

The Guardian-ın tərtib etdiyi suallardan ikisinə baxaq belədir:

Türkmənistanın 2006-cı ildə dünyasını dəyişmiş prezidenti Saparmurat Niyazov ölümündən öncə şəxsiyyətə pərəstiş dövrü yaşayıb. O, nəyə anasının adını verməyib?

  • Aprel ayına
  • Ölkənin əsas qəzetinə
  • Çörəyə

Qazaxıstan Xəzər dənizi sahilində turistlərin diqqətini hansı dəbdəbə ilə çəkmək istəyir?

  • Xərçəng ayaqları ilə müalicə mərkəzləri (spalar) ilə
  • İstiridyə masajları ilə
  • Kürü vannaları ilə
XS
SM
MD
LG