Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:04

Davutoglu:" Peyğəmbərin karikaturalarının nəşri təxribatdır"


Ahmet Davutoglu

Ahmet Davutoglu

Türkiyənin baş naziri Ahmet Davutoglu Məhəmməd Peyğəmbərin karikaturalarının nəşrini ciddi təxribat adlandırıb.

O Ankarada jurnalistlərə bildirib ki, mətbuat azadlığı azad təhqir kimi başa düşülməməlidir. Biz Peyğəmbərin təhqir olunmasına yol verə bilmərik.

Peyğəmbərin karikaturalarını çap etdiyinə görə yanvarın 7-də Parisdə çıxan satirik Şarli Ebdu jurnalının redaksiyasına silahlı basqın edildi və nəticəsə 12 nəfər qətlə yetirildi.

Bundan sonra jurnal yanvarın 14-də yenidən 3 min tirajla Məhəmməd Peyğəmbərin karukaturasını çap elədi.

Türkiyənin müxalifətdə olan Cumhuriyet qəzeti də ifadə azadlığına dəstək kimi elə həmin gün jurnalın içindəki karikatur və məqalələri çap edib.Amma Məhəmməd Peyğəmbərin jurnalın üz qabığındakı karikaturasını verməyib.

Qəzetin baş redaktoru Utku Çakirözər bununla ifadə azadlığına dəstək nümayiş etdirdiklərini deyib.

Əfqanıstandakı Taliban hərəkatı isə Şarli Ebdu jurnalına edilən hücumu alqışlayıb və Məhəmməd Peyğəmbərin karikaturlarının çap edilməsini əxlaqsız hərəkət adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG