Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:41

Kerry Bolqarıstanda enerji danışıqları aparır


-

ABŞ dövlət katibi John Kerry Bolqarıstanda səfərdədir. O, NATO üzvünü enerji baxımdan Rusiyadan asılılığını azaltmağa çağıracaq. Kerry Sofiyaya yanvarın 14-də gəlib. Bolqarıstan rəsmiləri ilə enerji təchizatının şaxələndirilməsi ideyalarını götür-qoy edəcək.

Yunanıstandan təbii qaz kəmərinin çəkilməsi, eləcə də nüvə enerjisi zavodunun tikintisi həmin ideyalar sırasındadır.

Bolqarıstanda qaz təchizatının 85, nüvə enerjisi isə 100 faiz Rusiyadan asılıdır. Öncə Rusiya Cənub Axını kəmərini təxirə salıb. Bu kəmər Qara Dənizdən keçərək Bolqarıstana gedəcəkdi. Beləliklə də diversifikasiya məsələsinin vacibliyi artıb.

XS
SM
MD
LG