Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:21

Putin Venesuela prezidenti ilə neft qiymətlərini müzakirə edir


-

Yanvarın 15-də Venesuela prezidenti Nicolas Maduro Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Maduro bundan öncə bir neçə ölkədə olub, böyük neft istehsalçılarını qiymətlərin qalxması üçün istehsalı azaltmağa çağırıb. O, İran, Səudiyyə Ərəbistanı, Qatar və Əlcəzairə səfər edib, diplomatik cəhdinə dəstək toplamağa çalışıb.

Neftin qiyməti Rusiya və Venesuela iqtisadiyyatlarının əsasını təşkil edir, son altı ilə ən aşağı həddə düşüb. İyundan bəri neftin qiyməti 60% azalıb, bareli 46 dollara bərabər olub.

Moskva rəsmiləri deyir ki, istehsalı azaltmaq texniki baxımdan çətin olacaq. Rusiyada istehsalın 40 faizə qədəri şəxsi əllərdədir. Enerji naziri Alexander Novak yanvarın 14-də deyib ki, dəyişkən qiymətlər də bazardan asılıdır.

XS
SM
MD
LG