Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:14

Fransa “Charles de Gaulle” təyyarədaşıyanını Fars körfəzinə göndərir


"Charles de Gaulle" təyyarədaşıyanı Fars körfəzinə göndərilir.
"Charles de Gaulle" təyyarədaşıyanı Fars körfəzinə göndərilir.

Fransa prezidenti Francois Hollande Aralıq dənizinin Tulon sahillərində lövbərlənmiş “Charles de Gaulle” nüvə təyyarədaşıyanının göyərtəsində çıxış edərək bildirib ki, bu gəmi İslam Dövlətinə qarşı döyüşmək məqsədilə əməliyyatlar bölgəsinə göndərilir.

Prezident deyib ki, hazırda Yaxın Şərqdə yaranmış vəziyyət gəminin bu bölgədə olmasını tələb edir.

O bəyan edib ki, təyyarədaşıyan əsasən kəşfiyyatla məşğul olacaq, lakin lazım gələrsə, İraqdakı hərbi əməliyyatlarda daha yaxından iştirak edə bilər.

Cənab Hollande 2013-cü ildə Fransanın təşəbbüsü ilə Suriyaya hərbi müdaxilə edilməməsinə görə təəssüfləndiyini bildirib.

O izah edib ki, əgər o vaxt Parisin təklif etdiyi kimi Suriyaya hərbi müdaxilə olunsaydı, indi ordakı zorakılıqlar baş verməz, ekstremistlərin torpaqları zəbt etməsinin qarşısı alınmış olardı.

Xəbər verilir ki, hazırda Fransanın 15 qırıcı təyyarəsi Birləşmiş Ərəb Əmirliklərindən və İordaniyadan İraqdakı İslam Dövləti təşkilatının obyektlərinin vurulmasında iştirak edir.

XS
SM
MD
LG