Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:06

İslamın küfrə münasibəti Qurandan gəlir, ya Şəriətdən?


Pakistanda bir kənd sakinləri Parisdəki jurnala hücumu dəstəkləyir
Pakistanda bir kənd sakinləri Parisdəki jurnala hücumu dəstəkləyir

Mötədil, mülayim müsəlmanlar əvvəl-axır radikal müsəlmanlara qarşı səsini çıxaracaqmı? Bu cür sualları islam adı altında törədilən bir çox olaydan sonra dünyada çoxları soruşur. Elə Parisdəki hücumdan sonra da bu sual ağıllardaydı.

Nyu-York Taymsdakı yazısında Mustafa Akyol bu sualı səsləndirir və cavab arayır. Deyir ki, əslində mötədil müsəlmanlar hər zaman terroru pisləyir. Amma bu azdır, gərək onlar məsələnin kökündə duran problemə münasibəti dəyişdirsinlər. Müqəddəslər, o cümlədən Məhəmməd peyğəmbər haqda “küfr”, “təhqir” kimi qəbul elədikləri hərəkətlərə görə ən ağır cəza tələbindən söhbət gedir.

Akyol deyir ki, nədənsə radikal müsəlmanlar əslində bu məsələdə də İslamın dediyini tam nəzərə almırlar. Çünki İslamda bütün peyğəmbərlər – İsa da, Musa da, İbrahim də, Məhəmməd peyğəmbər də bərabər tutulur, onlar arasında ayrı seçkilik etməyə yol verilmir, ancaq ekstremistlər ancaq öz peyğəmbərlərindən söhbət düşündə küfr məsələsini yada salır, islamin adından hərəkət edir.

Akyolun deyir ki, əslində müsəlmanların müqəddəs kitabında nə küfrə görə edam, nə qadının daşqalaqla öldürülməsi, nə qadının sünnət olunması, və də incəsənətin qadağası haqda fikirlər var. Bütün bunlar alimlərin şərhlərinə əsasən 7-12-ci əsrlər arasındakı ehtiyacı ödəyən qanunlar toplusu kimi hazırlanan Şəriətdə - İslamın cəza sistemində yer alır və orta əsrlərdə hazırlanıb.

Yazar təklif edir ki, küfrə görə ən ağır cəzalar Xristianlıqda da var, amma artıq əsrlərdir ki, tətbiq olunmur, odur ki, müsəlmanların da Quranda zatən yer almayan, orta əsrlərdə yazılan Şəriət cəzalarının bəzilərini gözdən keçirməsində fayda var.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG