Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:41

NATO Rusiyanı Ukraynadakı separatçıları dəstəkləməməyə çağırıb


Jens Stoltenberg

Jens Stoltenberg

NATO-nun baş katibi Jens Stoltenberg Rusiyanı Ukraynanın şərqindəki separatçılara dəstəyi dayandırmağa çağırıb.

O yanvarın 14-də Berlində kansler Angela Merkellə keçirdiyi birgə mətbuat konfransında deyib ki, NATO Rusiya ilə qarşıdurma yox, əməkdaşlıq istəyir və münasibətlərin yaxşılaşması üçün Rusiya da bunu istəməlidir.

Ukraynanın bu yaxınlarda bloklara qoşulmamaq haqqında sazişdən çıxmasına gəldikdə isə o qeyd edib ki, bu Ukraynanın NATO-ya üzvlük ərizəsi verməsi ilə nəticələnə bilər.

O həmçinin qeyd edib ki, əgər Ukrayna NATO-ya qoşulmaq istəyirsə demokratik və açıq cəmiyyət yaradılması da daxil olmaqla üzvlüyün əsas şərtlərini yerinə yetirməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG