Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:59

Azərbaycanda media azadlığına iki mühüm əngəl


Ekspertin fikrincə, yerli telekanallar balanslı və müstəqil xəbər proqramları hazırlamırlar
Ekspertin fikrincə, yerli telekanallar balanslı və müstəqil xəbər proqramları hazırlamırlar

Hazırda Azərbaycanda media azadlığına iki mühüm əngəl var-birincisi, yerli elektron medianın azad olmaması, ikincisi isə son aylar jurnalistlərə təzyiqlərdir. Bunu «Azadlıq» radiosuna «Freedom House» Təşkilatının Araşdırmalar üzrə direktoru Kristofer Uolker deyib. Elektron media ilə bağlı problemi o, belə izah edir: «Azərbaycanda yerli telekanallar bir qayda olaraq balanslı və müstəqil xəbər proqramları hazırlamırlar. Bunun da bir səbəbi hökumətin bu proqramlara təsir göstərməsidir. Digər səbəb isə telekanal sahiblərinin əksər hallarda hökumətin yüksək dairələri ilə qohumluğudur.


Kristofer Uolkerin sözlərinə görə, Azərbaycanda medianı müşahidə edərkən bu qənaətə gəlmək olur ki, çap mediasında müəyyən dərəcədə plüralizm var, ancaq bu medianın da tirajı azdır.


Cənab Uolker İctimai Televiziyanı misal çəkir, deyir ki, bu televiziya yaradılanda ona böyük ümidlər vardı, məsələn Avropa Şurası ümid edirdi ki, bu telekanal obyektiv və balanslı bir televiziya olacaq. Ancaq, xarici ekspertlərin müşahidələri göstərir ki, həm ötən il seçkilər vaxtı, həm də 2006-cı il boyu İTV-də xəbər proqramları daha çox məhdud görünüb, açıq və müstəqil olmayıb. Cənab Uolker bu vəziyyətdən çıxış yolu da göstərir: «İndi yerli telekanallar daha açıq olmalıdır. Məsələn, ölkənin təbii sərvətlərinin necə öyrənilməsi, onlardan istifadə barədə açıq söhbətlər təşkil etmək olar. Bu iş davamlı görülməlidir. Onu da deyim ki, İTV-də ayrı-ayrı vaxtlarda çox yaxşı açıq proqramlar təşkil olunur. Ancaq, həftə-həftə, aybaay təhlil edəndə görürük ki, həm bu, həm də digər televiziyaların toxunduğu mövzuların əhatə dairəsi məhduddur».


Kristofer Uolker deyir ki, bəzi müxalifət və müstəqil jurnalistlərə qarşı məhkəmə iddiaları digərlərini qorxutmaq üçün hakimiyyətin əlində bir vasitədir. Ancaq, ATƏT-lə birlikdə hazırlanan «Diffamasiya Haqqında qanun» qəbul edilsə belə, media azadlığını təmin etmək üçün yüksək iradə göstərilməlidir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG