Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:45

NATO yaraqlılara qarşı mübarizəni gücləndirir


Angela Merkel və Jens Stoltenberg
Angela Merkel və Jens Stoltenberg

NATO-nun baş katibi Jens Sltonterberg bildirib ki, alyansın üzvləri islamçı yaraqlılara qoşulmaq üçün xaricə gedən yaraqlılarla mübarizədə daha yaxından əməkdaşlıq etmək qərarına gəliblər.

O bunu yanvarın 14-də Berlində Almaniyanın kansleri Angela Merkellə görüşdən sonra bəyan edib.

Sltonterberg bildirib ki, bu tədbirlərdən biri kimi üzv ölkələr arasında informasiya mübadiləsinin artırılması nəzərdə tutulur.

Ərəb yarmadasındakı Əl Qaidə qruplaşması yanvarın 7-də Parisdə satirik Şarli Ebdu jurnalının redaksiyasına edilmiş hücuma görə cavabdehliyi üzərinə götürüb.

XS
SM
MD
LG