Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:22

Azərbaycan prezidenti AB-nin Cənubi Qafqaz üzrə nümayəndəsini qəbul edib


İlham Əliyev

İlham Əliyev

Azərbaycan prezidenti İlham Əliyev Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub.

İlham Əliyev bildirib ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır və bu yöndə səylərini davam etdirir.

İlham Əliyev indiki vəziyyətin uzun müddət davam etməsinin yolverilməz olduğunu bildirib və qeyd edib ki, Minsk qrupunun həmsədrləri, beynəlxalq təşkilatlar, Avropa Birliyi və digər qurumların bu yöndə daha fəal addımlar atmasının vacibliyini vurğulayıb.

Görüşdə həmçinin Azərbaycanla Avropa Birliyi arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG