Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:45

.

Dövlət Gənc Tamaşaçılar Teatrı yeni ilin ilk premyerasını təqdim etməyə hazırlaşır.

Teatrın mətbuat xidmətinin AzadlıqRadiosuna verdiyi xəbərə görə, William Shakespeare-in anadan olmasının 450 illiyi münasibətilə kollektiv dahi dramaturqun “III Riçard” tamaşasını yanvarın 25-də geniş tamaşaçı auditoriyasına nümayiş etdirəcək.

Azərbaycan teatrında uzun illər müraciət olunmayan “III Riçard” tamaşasının quruluşçu rejissoru Xalq Artisti Cənnət Səlimova, baletmeysteri Rusiya Federasiyasının Əməkdar İncəsənət Xadimi Sergey Qrisay, quruluşçu rəssamı Elşən Sərxanoğludur.

Səhnə əsərində əsas obrazları Xalq Artisti Ağaxan Salmanlı, Əməkdar Artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev, Gülər Nəbiyeva, Qəmər Məmmədova, Leyli Vəliyeva, Nəsibə Eldarova, Rahib Əliyev, Vahid Əliyev, aktyorlar Mehriban Abdullayeva, İradə Rəşidova, Natiq Fərzəliyev, Kərəm Hadızadə, Elşən Çarhanlı, Elnur Kərimov, Elnur Hüseynov və başqaları ifa edəcəklər.

Tamaşa yanvarın 25-də saat 19.00-dadır. “III Riçard” tamaşasının premyerası yanvarın 25-də saat 19:00-dadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG